Sitqlogge | |
---|---|
Zytglogge | |
46°56′53″ şm. e. 7°26′52″ ş. u.HGYO | |
Ölkə | İsveçrə |
Şəhər | Bern |
Yerləşir | Bern |
Tikilmə tarixi | 1218—1220 |
Üslubu | roman memarlığı |
Hündürlüyü | 54,5 m |
Rəsmi adı: Old City of Berne | |
Tipi | Mədəni |
Kriteriya | iii |
Təyin edilib | 1983 |
İstinad nöm. | 267 |
Dövlət | İsveçrə |
Region | Avropa |
İsveçrənin Milli Mədəni İrsi | |
İstinad nöm. | 665 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sitqlogge (alm. Zytglogge IPA: [ˈtsi(t)ˌklɔkə]; və ya Tsaytqlokkenturm alm. Zeitglockenturm) — İsveçrənin Bern şəhərinin mərkəzində yerləşən ən mühüm orta əsr qüllələrindən biridir. XIII əsrdə tikilmiş qüllə, gözətçi binası, həbsxana, şəhər həyatının mərkəzində yerləşən saat qülləsi və cəmiyyətin xatirəsi olaraq xidmət göstərmişdi.
Mövcud olduğu 800 il ərzində bir çox təmir və yenidənqurma işlərinə məruz qalmasına baxmayaraq, Sitqlogge özünün XV əsrdə hazırlanmış astronomik saatı ilə böyük turist axınına səbəb olmuş və Bern şəhərinin ən tanınan simvollarından birinə çevrilmişdi. 1983-cü ildə Sitqlogge Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi.